Kim Çen İn babasının şəklini pulların üzərindən sildi
Bizi izləyin

Dünya

Kim Çen İn babasının şəklini pulların üzərindən sildi

Publika.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, nominal pul vahidlərinin üzərindən KXDR-in “əbədi prezidenti” Kim İr Senin şəkilləri yığışdırılıb.

Halbuki 5 min vonluk (Şimali Koreya pul vahidi) banknotların üzərində artıq 30 il idi ki, Kim İr Senin şəkilləri vardı.

İlk dəfə bu şəkillər pul vahidi üzərində hələ 1978-ci ildə peyda olmuşdu. Onda Kim İr Sen sağ idi. Pulun üz tərəfindən dahi rəhbərin genarillisimus paltarında olan cavan fotosu boylanırdı. Halbuki, əbədi və cavan prezidentin həmən vaxt yaşı 60-ı örtmüşdü.

Sonradan pul vahidlərində Kim İr Senin başqa fotoları dərc olundu.

Hazırda pul vahidləri tam dəyişmək üzrədir. Mütəxəssislər hesab edirlər ki, hazırkı prezident Kim Çen İn babasının şəklini pulların üzərindən silməklə öz hakimiyyətini daha da möhkəmlədir.

Yəqin ki, banknotların üzərində cavan prezidentin öz gülümsər fotosu həkk olunacaq.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm