Qorlovka mühasirəyə alınıb
Bizi izləyin

Dünya

Qorlovka mühasirəyə alınıb

Ukrayna ordusu Luqansk vilayətinin Qorlovka şəhərini mühasirəyə alıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

“Qorlovka tamamilə mühasirəyə alınıb. Qalan ərazilərin Luqanskla əlaqəsinin kəsilməsi üçün Novosvetlovka-Xryaşevatoe yolu terrorçulardan təmizlənir. M-04 yolu tam nəzarət altına alınıb. Bunun nəticəsində Luqanskda aeroport ərazisində Ukrayna ordusunun mühasirəyə alınmış hərbi bölmələrə çıxış təmin olunur”, - ekspert bildirib.

O həmçinin vurğulayıb ki, Ukrayna ordusu İlovaysk ərazisində separatçıların mühasirəyə alınması üçün döyüş əməliyyatlarını davam etdirir. D.Tımçuk hazırda aktiv döyüş əməliyyatlarının Donetsk, Luqansk, Şaxtyorsk, Torez ərazisində davam etdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm