ABŞ Ukraynaya “Mi-8MTV” vertolyotları göndərir
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya “Mi-8MTV” vertolyotları göndərir

ABŞ Xorvatiyaya “Mi-8MTV” çoxməqsədli vertolyotları Ukraynaya hədiyyə etməyi təklif edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Xorvatiya bunun əvəzində ABŞ-dan “UH-60M Black Hawk” çoxməqsədli vertolyotları ala bilər.

ABŞ və Xorvatiya arasında danışıqların növbəti raundunun 2014-cü ilin sentyabrında keçirilməsi nəzərdə tutulur. Xorvatiya ABŞ-dan 20 ədəd “UH-60M Black Hawk” çoxməqsədli vertolyotu almaq niyyətindədir. ABŞ isə bu vertolyorların barterini təklif edib. Söhbət “Mi-8MTV” vertolyotlarının Ukraynaya verilməsi əvəzində “UH-60M” vertolyotlarının Xorvatiyaya çatdırılmasından gedir.

“Mi-8MTV” çoxməqsədli vertolyot yüklər və hərbi qulluqçuların daşınması üçün nəzərdə tutulub. Vertolyotlar 590 kilometrə qədər uçuş məsafəsinə malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm