Türkiyə səfirliyinə atəş açan şəxs erməni çıxdi: Səbəb Qarabağ imiş
Bizi izləyin

Dünya

Türkiyə səfirliyinə atəş açan şəxs erməni çıxdi: Səbəb Qarabağ imiş

Xəbər verildiyi kimi, bu gün səhər tezdən naməlum şəxs ov tüfəngindən Türkiyə səfirliyinin binasına atəş açıb. Atəş açan şəxs diplomatik missiyanın mühafizə xidməti tərəfindən saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, həmin şəxsin Artar Mirzoyan adlı bir Ermənistan vətəndaşı olduğu ortaya çıxıb.

A.Mirzoyan “Dobrıy Les” şirkətinin sahibidir. Moskva polisi Mirzoyanın səfirlik binasına niyə atəş açdığı barədə məlumat verməyib.

Polis hücumun Dağlıq Qarabağ münaqişəsinə görə təşkil edildiyi ehtimalı üzərində dayanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm