• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya Ukrayna sərhədinə 30 “Qrad” və “Buk” gətirdi

  • Dünya
  • 18 Avqust 2014 15:43
  • 492 Baxış
Rusiya Ukrayna sərhədinə 30 “Qrad” və “Buk” gətirdi

Rusiya Ukrayna sərhədinə daha bir batalyon, 30 “Qrad” və “Buk” raket komplekslərini gətirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Ukrayna sərhədi yaxınlığında “Buk” raket komplekslərini daşıyan yük avtomobilləri görünüb. A.Lısenko həmçinin Rostov vilayətinin Sverdlovsk və Luqansk şəhərlərinin qarşısında olan ərazisində təxminən 30 “Qrad” raket kompleksinin aşkar edildiyini qeyd edib.

Bu gün isə separatçıların Ukrayna ordusuna qarşı ilk dəfə “Uraqan” yaylım atəş sisteminin kaset bombalarından istifadə etdiyi barədə xəbər yayılıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR