“Qara bazar”a görə polisə şikayət edildi
Bizi izləyin

Dünya

“Qara bazar”a görə polisə şikayət edildi

Avropa Liqasının “Neftçi”-“Çixura” oyunundan əvvəl biletlərin “qara bazar”da satılması faktının aşkarlanması barədə məlumat vermişdik. Bir manatlıq biletlər dəyərindən qat-qat baha, 7-10 manata satılmışdı.

Bu səbəbdən, “Neftçi” məsələni polislə həll etmək niyyətinə düşmüşdü. Klubun mətbuat xidmətindən saytımıza bu kimi hadisələrin qarşısını almaq üçün polisə müraciət edəcəklərini demişdilər.

Bu dəfə isə “Qarabağ" klubu bəyanat yayıb. Publika.az xəbər verir ki, “Ağdam” klubu qanunsuz bilet satışının qarşısını almaq məqsədi ilə polisə müraciət edildiyini açıqlayıb: "Bildiyiniz kimi, bu ayın 21-də "Qarabağ" Avropa Liqasının play-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi "Tvente"ni qəbul edəcək. Oyuna marağın böyük olmasını nəzərə alaraq, dünəndən bilet satışı başlanılıb və artıq 5000-dən çox bilet satılıb. Bilet satışı zamanı bir sıra problemlərin yaranmasını nəzərə alan "Qarabağ" rəhbərliyi kassa önündəki "qara bazar"ı yığışdırmaq üçün Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Kassadan rahat bilet almaq üçün isə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm