Türkiyə ilə "Əl-Qaidə"nin hansı əlaqəsi var? - Abdulla Gülün cavabı
Bizi izləyin

Dünya

Türkiyə ilə "Əl-Qaidə"nin hansı əlaqəsi var? - Abdulla Gülün cavabı

Ərdoğanın“parallel quruluşun prezidenti də izlədiyi” açıqlamasını şərh edən A.Gül “bu mövzuları keçərək Türkiyənin qarşısındakı əsl gündəmə baxmaq lazımdır. Qurdalanan hər yerdən danışılacaq bir şey çıxar” deyib.

Suriya: Ölüm-qalım, insanlıq, isti dəniz məsələsi

Türkiyə prezidenti Abdullah Gü lİtaliya səfərinin ikinci günündə onunla birlikdə bu ölkədə olan türkiyəli jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.Publika.Az–ın türk mediasına istinadən verdiyi məlumata görə, dövlətbaşçısıbaş nazir Rəcəb Təyyib Ərdoğanın bəzi açıqlamalarından da narazı olduğu mesajını verib.

Ərdoğanın“parallel quruluşun prezidenti də izlədiyi” açıqlamasını şərh edən A.Gül “bu mövzuları keçərək Türkiyənin qarşısındakı əsl gündəmə baxmaq lazımdır. Qurdalanan hər yerdən danışılacaq bir şey çıxar” deyib.

“Qarşımıza gücümüzün çatmayacağı bir güc çıxa bilər”

Türkiyə Silahlı Qüvvələrinin “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın maşın karvanını bombalamasına toxunan dövlət başçısı Suriyaya necə və nə vaxt sülh gələcəyi ilə bağlı optimist olmağa hər hansı bir səbəb olmadığını bildirib. “Cenevrədən sanksiya gücü olan bir keçid hökuməti çıxsaydı, ümidli olmaq olardı. Amma olmadı. İkinci məsələ ortaya çıxan situasiyanınTürkiyə üçün yaratdığı təhlükələrdir. Qeyri-müəyyənlik mühitində ortaya çoxlu qruplar çıxdı.Suriyada yalnız rejimlə müxaliflərin qarşıdurması deyil, müxalifət daxilində də qarşıdurmalar da var”,- A.Gül söyləyib.

Türkiyəprezidenti4-5 iləvvəlki təhdidlərlə bugünkü təhdidlər arsında çox böyük fərq olduğunu dilə gətirib: “O zaman bizim üçün ən böyük təhdid PKK terror idi. Bu gün isə təhlükə bir neçə qrupdandır. Bu gün hamımız çox daha diqqətli olmalıyıq. Cənub sərhədimizin daha çətin olduğunu söyləmək istəyirəm. Türkiyə Silahlı Qüvvələri “bu gün mən qarışmayım dəsə” sabah qarşımıza gücümüzün çatmayacağı bir güc çıxa bilər.Onun üçün də bu mövzuları peşəkar mütəxəssislərimizə buraxmaq lazımdır. Təbii ki, onların da heç biri özbaşına iş görə bilməz”.

“Əl-Qaidə» iddiası böhtandır”

A.Gül Türkiyənin “Əl-Qaidə»ni dəstəkləməsi ilə bağlı Qərb mediasında yer alan iddiaların da böhtan olduğunu bildirib:

“Məsuliyyətdən yayınmaq üçün edilən böhtanlardır.Boşluqda radikal ünsürlər ortaya çıxdığı üçün buna görə bizi ittiham edirlər. Öz günahlarını ört-basdır etməyə və diqqəti başqa istiqamətə yönəltməyə xidmət edən iddialardır”.

Xatırladaqki, iki gün əvvəl israilli bir general da ölkəsində keçirilən bir təhlükəsizlik konfransında “Əl-Qaidə»nin Türkiyə ərazisində 3 bazası olduğunu bildirmiş və fikirlərini əsaslandırmaq üçün xəritədə nümayiş etdirmişdi.

“Dəməşqin əli güclüdür”

Türkiyə prezidenti İran və Rusiyanın Suriya rejiminə yaxın olduğu qədər müxalifətə yaxın ölkənin olmadığını bildirib:

“Foreign Affairs” jurnalına 2 il əvvəl verdiyim bir müsahibədə Suriyanın qarşısındakı qüvvənin İran və Rusiya kimi bir dəstəyin olmadığını demişdim. Həm Qərbi, həm də özümüzü nəzərdətutdum. Suriya İran üçün ölüm-qalım, bizim üçün insanlıq məsələsidir. Rusiya üçün isti dənizi, Orta Şərqdə tək qala məsələsidir. Bu gü n artıq əli güclü olan tərəf Dəməşqdir. Cenevreyə necə gəldi?” Fürsətlər də var. İranın nüvə məsələsində beynəlxalq ictimaiyyətlə dialoqa başlaması dünyanı da rahatlaşdırır. İranla yeni bir dövrün başlaması İranın Suriya məsələsində də iştirakını təmin edə bilər. Biz İran prezidenti Həsən Ruhani ilə Suriya mövzusunda birlikdə hərəkət etməyin, müxtəlif alternativlər üzərində çalışmağın vacib olduğunu danışdıq. Bu mövzu da xarici işlər nazirləri miz ə təlimatlar vermişik”.

Misir və 2015-ci il

Türkiyə prezidenti jurnalistlərin Ankara-Qahirə münasibətlərinə dair sualları da cavablandırıb. ŞərqiAralıq dənizi olan Misirin Türkiyə üçün çox əhəmiyyətli ölkə olduğunu deyən A.Gül digər ölkələrlə əlaqələrin inkişaf etdirilməyəcəyi halda Aralıq dənizinin onlar üçün Antalya körfəzindən ibarət olacağını bildirib.

A.Gül 2014-2015-ci illərdəTürkiyə beynəlxalq platformalarda bir çox çətinliklərlə qarşı-qarşıya qalacağını ifadə edib. Dövlət başçıs ıyenidənTürkiyə ilə dost olmağın dəyərini hər kəsə xatırladacaq addımların atılmalı olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm