• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qərbə mesaj: “Rusiya sərhədləri yenidən çəkmək istəyir”

  • Dünya
  • 18 Avqust 2014 18:46
  • 454 Baxış
Qərbə mesaj: “Rusiya sərhədləri yenidən çəkmək istəyir”

“Qərb ölkələri Rusiya Federasiyası tərəfdən gələ biləcək təhlükəni sonuna qədər başa düşmür”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov BNS informasiya agentliyinə müsahibəsində deyib.

“Ukraynada hər gün qan tökülür. Biz Rusiyanın qəddarlığını, Rusiya ordusunun həyasızlığını görürük”, - A.Turçinov bildirib.

O qeyd edib ki, Rusiya dövlətlərin sərhədlərini yenidən çəkməyə çalışır: “Bu, bütün Avropanın təhlükəsizliyi üçün təhlükədir. Rusiyanın İkinci Dünya müharibəsindən sonra dövlətlərin sərhədlərini təkrar gözdən keçirmək cəhdi beynəlxalq sülh mexanizmlərini dağıdır”.

Ali Rada sədri əlavə edib ki, təcavüzkara müqavimət yalnız Ukraynanın problemi deyil: “Bu gün Ukraynaya real dəstək, həmçinin hərbi-texniki yardım lazımdır. Bizə müasir silah, aviasiya və hava hücumuna qarşı texnika lazımdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR