
Hindistanın “Jet Airways” aviaşirkətinin sərnişin
təyyarəsi Türkiyə hava məkanında böyük təhlükə
yaşayıb.
Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə,
göyərtəsində 300 sərnişin olan “Boeing 777” Hindistanın Mumbai
şəhərindən Belçikanın paytaxtı Brüsselə uçurmuş. Təyyarə Ankara
üzərində uçarkən əsas pilot yuxuya getmiş, köməkçi pilotun başı isə
tabletə qarışdığından “Boeing” sürətlə aşağı enməyə başlayıb. 10
min metr yüksəklikdə uçmalı olan təyyarə 1500 metr hündürlüyədək
enib və bundan heç kimin xəbəri olmayıb.
Nəzarət qülləsindən təyyarənin pilotu ilə əlaqə yaradan türkiyəli
dispetçer onları vəziyyətdən xəbərdar edib. Yalnız bundan sonra
pilotlar təyyarəni tələb olunan yüksəkliyə qaldırıblar və təhlükə
sovuşub.
Hadisədən xəbər tutan Hindistan Mülki Aviasiya Mərkəzi pilotlara
uçuş qadağası qoyaraq, onları istintaqa cəlb edib.