Əhməd Davudoğlu: “Rəsmi izahat gözləyirik”
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu: “Rəsmi izahat gözləyirik”

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Almaniya kəşfiyyatının Türkiyəni dinlədiyi ilə bağlı iddialardan danışıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu Almaniya səlahiyyətlilərdən izahat gözlədiyini bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı məsələ ilə bağlı alman həmkarı Frank Valter Ştaynmayerlə görüşəcəyini söyləyib. O, bu gün səhər saatlarında Almaniyanın Türkiyədəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını xatırladıb.

“Mütləq izahat verilməsi lazım olan bir vəziyyətlə qarşı-qarşıya qalmışıq”, - nazir Davudoğlu dilə gətirib.

Qeyd edək ki, Almaniyanın “Der Spiegel” jurnalı Almaniya kəşfiyyat xidməti olan BND-nin hökumətin təlimatı ilə 2009-ci ildə Türkiyənin dinlədiyini yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm