Merkel “məlumat verə bilmərəm” deməklə kifayətləndi
Bizi izləyin

Dünya

Merkel “məlumat verə bilmərəm” deməklə kifayətləndi

Almaniya kəşfiyyatının Türkiyəni dinlədiyi barədə iddiaları bu ölkənin baş naziri Angela Merkel tərəfindən şərh edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir “alman kəşfiyyatının işi ilə əlaqədar məlumat verə bilmərəm” deyib.

Almaniya baş naziri lazımı məlumatların parlamentdəki istintaq komissiyasına veriləcəyini bildirib.
Qeyd edək ki, Almaniyanın “Der Spiegel” jurnalı Almaniya kəşfiyyat xidməti olan BND-nin hökumətin təlimatı ilə 2009-ci ildə Türkiyənin dinlədiyini yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm