"ABŞ-ın irqçi keçmişi var" (FOTO)
Bizi izləyin

Dünya

"ABŞ-ın irqçi keçmişi var" (FOTO)

"ABŞ-ın irqçi keçmişi bu ölkəyə indiyə kimi işgəncə verir və bu ölkə bu problemi həll etməlidir".

Publika.az-ın məlumatına görə, bunu 2009-cu ildə Pulitzer mükafatı alan, Harvard Hüquq Məktəbinin professoru Annete Gordon-Reed "Financial Times" qəzetində yazıb.

Qeyd edək ki, Missuri ştatının Ferguson şəhərciyində polis zabitinin Mixaill Broun adlı qara dərili yeniyetməni dükandan bahalı siqar oğurlama şübhəsi ilə güllələməsi Fergusonda etirazlar, qiyam doğurub.

Gordon-Reed yazır ki, ABŞ-da bir çox qara dərili gənc şəxsən tanıdıqları adamlar haqda eyni əhvalat danışa bilərlər ki, qara dərilini polis güllələyib. Müəllif qeyd edir ki, onun orta məktəbdə oxuduğu şəhərcikdə də qara dərili gənc polis məntəqəsində ölmüşdü.

Vaxtilə Thomas Jefferson ABŞ-da qara dərililər üçün əsil vətəndaşlıq ola biləcəyinə şübhə edirdi, bu şübhə indiyə kimi qalır. Qara dərili amerikalılar ədalətə nail olmaqda hələ də çətinlik çəkirlər. Yuta ştatında ilin əvvəlində Bundy rançosunda yaşayanlar öz dedikləri kimi federal hökumətin hərəkətlərinə qarşı etiraza qalxdılar. Onlardan çoxu silahlı idi. Ancaq onlar ağdərili idilər. Onların qiyamı qarşıdurmaya gətirmədi. Onlara qarşı silahlı əsgər yeridilmədi", - deyə Annete Gordon-Reed bildirib








Annete Gordon-Reed

Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm