Ruslar terrorçulara yeni raketlər yolladı - Foto
Bizi izləyin

Dünya

Ruslar terrorçulara yeni raketlər yolladı - Foto

rəsmi Moskva dəfələrlə Ukraynadakı separatçılara ağır silahlar, məşhur "Buk" zenit kopleksini vermədiyini açıqlasa da, ukraynalı kəşfiyyatçılar dövlət sərhədinin 20 kilometrliyində böyük arsenal dəstinin Donbasa doğru istiqamət aldığını müşahidə ediblər.

Axar.az-ın antikor.ua-ya istinadən xəbərinə görə, silah karvanı Rusiyanın Şaxtinsk şəhərinin Kamensk məntəqəsindən keçib. Hərbi maşınlar "Buk"lar üçün "9Ya266" və "9M38" konteynerlərini dayşıyıblar. Maşınların üzərində Rusiyanın "50" saylı dövlət nömrə nişanı var.

Ukryanalı ekspertlər həmin maşınların Moskva yaxınlığındakı hərbi hissəyə məxsus olduğunu, lakin Rusiyada aparılan hərbi islahatlarla əlaqədar Qərb Hərbi Dairəsinin nəzdinə keçdiyini açıqlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm