Şok: Türkiyədən İŞİD-ə 1 milyon yardım edilib
Bizi izləyin

Dünya

Şok: Türkiyədən İŞİD-ə 1 milyon yardım edilib

Qətər müxalifəti ölkəsinin İŞİD terror təşkilatına edilən yardımlarını sənədlərlə ortaya qoyub.

Axar.az xəbər verir ki, sənədlərdə Türkiyə-Mosul-Kürdüstan xətti ilə təşkilata yardımlar edildiyi iddia olunur. Qətər müxalifətinin verdiyi məlumata görə, 3 ildən çox bir müddətdə Qətər hökuməti İordaniyanın paytaxtı Ammanda yerləşən səfirlik vasitəsi ilə terror təşkilatının hesabına 2.5 milyon dollar köçürüb. Köçürmədə Qətər Xarici İşlər Nazirliyinin möhürü və nazirliyin maliyyə idarəsinin rəisi Məhəmməd Səid əl Təmiminin imzası olduğu bildirilir.

Nümayiş olunan ikinci sənəd isə Qətər Xarici İşlər Nazirliyinə ünvanlanan məktubdan ibarətdir. Məktubda İraqda yerləşən qüvvələrin hərbi təchizata ehtiyacı olduğu, Ərəb və Afrika ölkələrindən İraqa döyüşçü göndərilməsinin vacibliyi yazılır. 2012-ci il tarixli məktubda döyüşçülərə silahla davranış qaydalarının öyrədilməsi, silahlandırılması və İraqa göndərilməsindən bəhs olunur. Məktubda o da yazılır ki, döyüşçülər İraqın Kürdüstan bölgəsinə göndəriləcək.

Bundan başqa, Qətər müxalifəti əllərində 4 sənədin də olduğunu bildirib. Bu sənədlərdə Qətərin İordaniyadakı Baş konsulunun terrorçuları necə idarə etdiyi, mediaya məlumatların necə sızdırıldığı əksini tapıb.

Terrorçuların təchiz olunması üçün Türkiyədə olan qüvvələrin 1 milyon 375 min dollar ödəmə etdiyini deyən Qətər müxalifətinin iddiasına görə, sənədlərdə Türkiyədən tranzit kimi istifadə edildiyi, ordan Kürdüstana nəzarətin daha əlverişli olduğu göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm