Kameron Britaniyanın İraq strategiyasını müdafiə etdi
Bizi izləyin

Dünya

Kameron Britaniyanın İraq strategiyasını müdafiə etdi

Kameron deyib ki, Britaniya "müdhiş" İslam Dövlətini - İŞİD silahlı qrupunu məğlub etmək üçün "əlindəki bütün imkanlardan, o cümlədən hərbi qüdrətindən" istifadə edəcək.

Publika.az-ın "BBC"yə istinadən məlumatına görə, baş nazirin təbirincə, Britaniya kürdlərlə və İraq hökümətilə birgə işləyəcək və ABŞ-ı dəstəkləmək üçün imkanlarından istifadə edəcək.

Bu arada Kiprdə yerləşən Britaniya hava qüvvələri hissəsinə baş çəkən Müdafiə katibi Maykl Fallon yaxın zamanlarda Britaniya hərbi aviasiyasının İraqda əməliyyatlarda iştirak edəcəyini və İD silahlılarının havadan izlənməsinə artıq başlandığını bildirib.

Müdafiə katibinin təbirincə, Britaniya hərbiyyəsinin İraqdakı hadisələrdə iştirakı "aylarla çəkə bilər".

Müxalif rəqib Leyboristlər partiyası İraqdakı münaqişəyə Britaniyanın yanaşmasının "aydın olmadığını" bildirib.

Kölgə kabinetinin Xarici İşlər katibi Duqlas Alexander BBC-ə deyib ki, "Britaniya qüvvələrinin qatıldığı missiyanın təbiətini anlamağa ehtiyac var".

Höküməti məsələyə "aydınlıq" gətirməyə çağıran Duqlas Alekksandr eyni zamanda əlavə edib: "Biz Britaniya hökümətinin addımlarını dəstəkləyirik”.

Bundan əvvəl baş nazir Devid Kameron Britaniya hökümətinə kürd döyüşçülərindən silah sifarişi olarsa həmin təşəbbüsə “müsbət baxılacağını" bildirmişdi.

Bazar günü Kürd qüvvələri ABŞ aviasiyasının dəstəyilə strateji əhəmiyətə malik Mosul su bəndinə nəzarəti bərpa edə bilmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm