Alimlər ayın necə formalaşdığını tapdı
Bizi izləyin

Dünya

Alimlər ayın necə formalaşdığını tapdı

Alimlərin apardıqları yeni tədqiqatlar müəyyən edib ki, müasir Ayın formasına iki faktor təsir edib.

Axar.az tədqiqata əsasən xəbər verir ki, birinci faktor - dörd milyard il əvvəl göy cisimlərinin erkən təkamül mərhələsində başlayıb və iqlimin soyuqlaşması nəticəsində Yerin süni peykinin möhkəm üst təbəqəsinin əmələ gəlməsi ilə bağlıdır: bərkimiş xarici təbəqə əridilmiş mantiyada üzür və peykin fırlanması qütblərdə yastılanmış, ekvatorda isə dartılıb uzadılmış göy cisminin xarakterik forma almasına gətirib çıxarır.

Alimlərin xüsusi diqqət ayırdıqları ikinci proses Yerin cazibə qüvvəsinə əsaslanan qabarma hadisələri ilə bağlıdır. Bu hadisələr peykin daxilində qabarma dalğalarının yaranmasına və özünü göy cisminin ekvatorial hissələrindəki qabarmalarda büruzə verən daxili laylarının arasında sürtünməyə səbəb olur.

İki proses – soyuqlaşma və üst təbəqənin bərkiməsi istilik yaradan qabarma dalğalarının yaranması ilə birlikdə Yerin süni peykinin indiki formanı almasına gətirib çıxarıb. Alimlər hesablayıblar ki, Ayın coğrafi simmetriya oxunun onun ağırlıq mərkəzindən keçən oxdan uzaqlaşması təxminən 30 dərəcə təşkil edir və Ayın istiqamətinin dəyişilməsinə təsir göstərir.

Ay səthinin müxtəlif cinsli olması planetoloqlar üçün xüsusi çətinliklər yaradıb. Çünki kraterlər olan sahələrdə onun qalınlığı dəyişkəndir. Yerin süni peyki atmosferin, demək olar ki, yoxluğundan dörd milyard il boyunca Ayın səthinin səciyyəvi coğrafiyasını formalaşdıran asteroidlər üçün çox kövrək, zəif bir məkandır.

Alimlərin işi Ayın müasir formasının ən erkən tarixini, Yerin cazibə qüvvəsinin və onunla əlaqədar olaraq peyk orbitinin təkamülünün təsirini aydınlaşdırmağa imkan verir. Bununla belə, Ayın Yerdən görünən tərəfi ilə görünməyən tərəfinin quruluşu arasındakı fərqi öyrənmək hələ qarşıda duran məsələlərdəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm