Separatçılar Kiyevin şərtlərini rədd etdi (VİDEO)
Bizi izləyin

Dünya

Separatçılar Kiyevin şərtlərini rədd etdi (VİDEO)

Qondarma Donetsk xalq respublikası (DXR) ukraynalılarla danışıqlara hazırdır, lakin Kiyevin bu şərtlərini yerinə yetirmək fikri yoxdur. Bu barədə çərşənbə axşamı DXR baş naziri Aleksandr Zaxarçenko açıqlama verib.

ANS PRESS-in məlumatlna görə, Zaxarçenko “Biz təklif gözləyirik, lakin ağlabatan şərtlər - silahı yerə qoyub sərhədlərin bağlanmasını təmin etmək... Bu heç vaxt olmayacaq, qoy onlar heç bu barədə arzulamasınlar da.” - deyə son təkliflərə mövqeyini bildirib.

O, “respublika”sının hakimiyyətinin müharibəyə qarşı olduğunu deyərək əlavə edib ki, “Mövcud DXR dövlətini tanımaq lazımdır. Mən başa düşürəm, bu onlar üçün fiziki cəhətdən mümkün deyil və ya mənəvi hansısa keyfiyyətlər onlara ölkəni tanımağa icazə vermir”.

Qeyd edək ki, bundan öncə Ukrayna XİN Pavel Klimkin Donbasdakı vəziyyətlə əlaqədar Berlində keçirilən dördtərəfli görüşləri şərh edərkən bildirib ki, Donets və Luqansk ərazilərində atəşkəsin bərqərar olunması yalnız sərhədlər üzərində nəzarətin qaytarılması, ATƏT müşahidəçilərinin işinin təmin olunması və girovların qaytarılmasından sonra mümkündür.

Bu arada Ukrayna ordusu Luqansk və Donetsk bölgələrini bu gecə də ardıkəsilməz atəşə məruz qoyublar. Hər iki şəhərdə su, işıq, qaz təchizatı dayandırılıb. Daha əvvəl Luqansk ərazisində qaçqınların avtomobil karvanı separatçılar tərəfindən atəşə tutulmuşdu.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm