Ceki Çanın oğlu nəşəxor çıxdı, həbs olundu - VİDEO - FOTO
Bizi izləyin

Dünya

Ceki Çanın oğlu nəşəxor çıxdı, həbs olundu - VİDEO - FOTO

Dünyaca məşhur çinli aktyor Ceki Çanın oğlu, musiqiçi və kinoaktyor Ceysi Çan dünən Pekin hava limanında həbs olunub. O, dostu, tayvanlı teleserial ulduzu Kay Ko ilə birlikdə tutulub.


Milli.Az South China Morning Post-a istinadən bildirir ki, polisdən verilən məlumata görə, bu şəxslərdə 0,9 qram marixuana tapılıb.

31 yaşlı Çan və 23 yaşlı Ko Çində son iki ildə nəşəxorluqda və narkotik maddələr satmaqda suçlanan məşhurların övladlarının siyahısında xüsusi yer tuturlar.

AsiaOne bildirir ki, son 2 ildə Çində şou-biznes mənsublarından 40 nəfər narkotik maddələrlə tutulub. Onların arasında Çin kinematoqrafiyasının canlı əfsanəsi sayılan 40 yaşlı Qao Hu da var.

Ceysi Çan ABŞ-ın Los-Anceles şəhərində rəqs və aktyor məharəti kurslarında oxuyub, habelə klassik gitarada ifanı öyrənib. 2004-cü ildə ilk albomunu satışa çıxaran Ceysi Çan 6 il sonra daha bir CD albomu təqdim etmişdi.

Ceki Çanın oğlu bir neçə kinofilmə çəkilib, "Kunqfu Panda" animasiya filminin səsləndirilməsində iştirak edib.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm