Antiterror gücləri İlovaysk şəhərini aldı
Bizi izləyin

Dünya

Antiterror gücləri İlovaysk şəhərini aldı

Ukrayna antiterror gücləri Donetsk vilayətinin İlovaysk şəhərinin üçdə ikisini nəzarət altına alıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “facebook” səhifəsində “Donbas” könüllü batalyonunun komandiri Semyon Semençenko yazıb.

“Biz İlovayskdayıq. “Dnepr” batalyonu və “Azov” batalyonunun 2-ci bölüyü şəhərdə ağır döyüşlər aparır. Onlar öz işini mükəmməl yerinə yetirir. “Donbas” batalyonunun zərbə qüvvələri terrorçuların blokpostlarını süpürüb atırlar”, - Semençenko yazıb.

O, şəhərin tamamilə mühasirəyə alındığını bildirib. Semençenkonun sözlərinə görə, “Donbas” batalyonunun döyüşçüləri arasında itkilər yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm