Qaradərililər bara buraxılmadı
Bizi izləyin

Dünya

Qaradərililər bara buraxılmadı

Cənubi Koreyanın paytaxtı Seulda “JR Pub” adlı klubun sahibi müəssisəsinə qaradərili müştəriləri buraxmaqdan imtina edib. Müəssisə rəhbərliyi afrikalıların Ebola xəstəliyinə yoluxduğunu ehtimal edir.

Qaradərililərin içəri buraxılmasını qadağan edən plakat hətta barın içərisində də yerləşdirilib. İnternetdə paylaşılan plakatın fotosu istifadəçilərin qəzəbinə tuş gəlib. Hətta bəziləri barı boykot etməyi də düşünüblər. Müəssisə bar rəhbərliyi isə qadağanı aradan qaldırmayıb.

Kafe və restoranlarda bu tipli qadağaların qoyulması ilk dəfə deyil. 2014-cü ilin iyununda İrlandiyada yerləşən barlardan biri “səs-küylü amerikalıları” içəri buraxmaqdan imtina edib. Avqustun əvvəllərində isə Kaliforniya restoranlarından birində valideynlərin ərköyün uşaqlarla müəssisəyə daxil olmasına qadağa qoyulub.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Zairdə qeydə alınıb. Hazırda bu virus əleyhinə dərman kəşf edilməyib. 2014-cü ilin fevralında virus Qərbi Afrikada yenidən oyanıb. O vaxtdan etibarən xəstəlik mindən çox insanı məhv edib. Xəstəliyin tüğyan etdiyi bölgələr isə Nigeriya, Liberiya və Syerra-Leonadır.

Əlli il Afrikada missionerliklə məşğul olan keşiş Migel Paxares Eboladan ölən ilk avropalı olub. O, 2014-cü ilin avqustun 12-də dünyasını dəyişib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm