Papa: “Kürdüstana getməyə hazıram”
Bizi izləyin

Dünya

Papa: “Kürdüstana getməyə hazıram”

Papa Fransis İraqın İŞİD hücumuna məruz qalan kürd bölgəsinə getməyə hazır olduğunu deyib.

Publika.az xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransis İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücum etdiyi bir çox xristian ilə etnik azlıqların da olduğu İraqın kürd bölgəsinə getməyə hazır olduğunu deyib.

Papa bu məsələ ilə əlaqədar jurnalistlərə açıqlama verib: “Demək olar ki, hissə-hissə üçüncü dünya müharibəsi yaşanır. Bu həftə ərzində kardinal Fernando Filonini İraqa göndərəcəyəm. Mən özüm də getmək istəyirəm. Amma indiki vaxtda bu, yaxşı şey deyil”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm