Separatçılar 15 qaçqını öldürüb
Bizi izləyin

Dünya

Separatçılar 15 qaçqını öldürüb

Separatçıların qaçqınların maşın karvanına açdığı atəş nəticəsində minimum 15 nəfər ölüb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko “Röyters” xəbər agentliyinə bildirib.

“Dünən axşam 15-ə qədər cansız bədən aşkar etdik. Axtarışlar bütün gecə aparılıb və hazırda da davam edir”, - o deyib.

“Luqansk Xalq Respublikası” separatçı qurumdan isə A.Lısenkonun açıqlaması təkzib edilib. Separatçıların liderlərindən olan İqor Platniskiy qaçqınlara, ümumiyyətlə, dinc vətəndaşlara heç vaxt atəş açmadığını söyləyib.

Xatırladaq ki, dünən Xryaşevatoe və Novosvetlovkadan çıxan yerli sakinlər minaatanlar və “Qrad”lardan atəşə tutulub. A.Lısenko bildirib ki, onlar fərqləndirici nişan olan ağ bayraq qaldırmışdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm