Beynəlxalq təşkilatdan ittiham: “Rusiya raket qaçaqmalçılığı ilə məşğul olur”
Bizi izləyin

Dünya

Beynəlxalq təşkilatdan ittiham: “Rusiya raket qaçaqmalçılığı ilə məşğul olur”

Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav və NATO baş katibi Anders Foq Rasmussen “The Wall Street Journal” qəzetində birgə məqalə dərc etdirib.

Publika.az-ın verdiyi xəbərə görə, “Təhlükəli dünya üçün NATO” başlıqlı məqalədə Ukrayna hadisələri fonunda Rusiya təcavüzündən danışılır.

“Rusiyanın təcavüzü bizə daha hazırlıqlı, sürətli və elastik ittifaqın lazım olduğunu göstərdi. NATO bu günə qədər “soyuq müharibə”nin “isti” müharibəyə çevrilməsinə imkan vermədi. Keçmiş rəqiblər ittifaqın müttəfiqi oldular və biz Rusiya ilə yeni əməkdaşlığı qurduq”, - NATO rəsmiləri bildirir.

Onlar qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzü İkinci Dünya müharibəsindən sonra Avropanı ilk dəfə bir ölkəni digər ölkənin ərazini tutması faktı ilə üz-üzə qoydu. Rasmussen və Bridlav 2014-cü ildəki təhlükələrin “soyuq müharibə” dövrünün təhlükələrindən fərqlənmədiyini vurğulayırlar: “İndiki təhlükələr daha çoxsaylı və daha xaindir. Cənubda qeyri-sabit vəziyyət davam edir: Böhranın qövsü Şimali Afrikadan Yaxın Şərqə qədər uzandı. Eyni zamanda, Rusiya hibrid döyüş əməliyyatlarından istifadə edir, qəfil hərbi təlimlər keçirir, xüsusi məxfi bölmələri cəlb edərək raket qaçaqmalçılığı ilə məşğul olur. Bu dəyişən dünyada NATO-nun əsas missiyası əvvəlki kimi qalır. Bizim kollektiv təhlükəsizlik prinsipinə sədaqətimiz sarsılmazdır”.

NATO rəhbərlərinin fikrincə, ittifaqın qlobal çağırışlara qarşı hazırlıq planı üç komponentdən ibarət olmalıdır: “Birincisi, NATO müttəfiqlərinin təhlükəsizliyin təmin olunması üzrə tədbirləri inkişaf etdirməlidir. Bu tədbirlər daha uzunmüddətli olmalıdır. İkincisi, bizə lazımdır ki, NATO gücləri Şərqi Avropada olsun. Üçüncüsü, biz operativ güclərin komponentlərini müasirləşdirməliyik. Biz əvvəlki kimi, Rusiyanı ağıllı seçim etməyə çağırırıq: Qoşunları Ukrayna sərhədindən geri çəkmək, hibrid müharibənin taktikasından imtina etmək və dünya cəmiyyəti ilə birlikdə siyasi böhrandan çıxış yollarının axtarışına başlamaq”.

Rasmussen və Bridlav yazır ki, NATO sentyabr ayında keçiriləcək Uels sammitində milyardlarla vətəndaşını qoruya biləcəyinə əminliyini sübut etməlidir: “Uels sammitində biz açıq şəklidə siqnal göndərəcəyik: NATO-nun gələcəyi naminə birinin hamı üçün, hamının biri üçün”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm