İŞİD-çilər niyə qadın tərəfindən öldürülməkdən qorxurlar?
Bizi izləyin

Dünya

İŞİD-çilər niyə qadın tərəfindən öldürülməkdən qorxurlar?

Suriya və İraqı qan gölünə çevirən İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının ölümdən qorxmadıqları məlumdur. Bu qədər qətliamlar törədən yaraqlılar, demək olar ki, yalnız qadın tərəfindən öldürülməkdən qorxurlar. Çünki qadın tərəfindən öldürülsələr, şəhid sayılmacaqlar və cənnətə getməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal”a bir qadın PKK-çı danışıb. PKK-çı qadın döyüşdükləri radikal islamçı terror təşkilatı üzvlərinin – İŞİD-çilərin yalnız qadın döyüşçülərdən qorxduqlarını deyib.

Xatırladaq ki, İraqda bir çox silahlı qruplaşmalar İŞİD terror təşkilatına qarşı mübarizə aparır. PKK terror təşkilatı yezidi kürdləri müdafiə etmək, İngiltərə və ABŞ-ın dəstəklədiyi İraq ordusu isə İŞİD-in işğal etdikləri torpaqları geri almaq üçün mübarizə aparır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm