Separatçılar təslim olmağa hazırlaşır: “Aclıq başlayıb, su tapılmır”
Bizi izləyin

Dünya

Separatçılar təslim olmağa hazırlaşır: “Aclıq başlayıb, su tapılmır”

“Donetsk Xalq Respublikası” separatçı qurumunun “baş nazir müavini” Andrey Purqin həyəcan təbili çalıb.

Publika.az-ın verdiyi xəbərə görə, o, Latviyanın “Baltkom” radiostansiyasına müsahibəsində mağazaların tamamilə boş olduğunu, içməli suyun tapılmadığını bildirib.

“Donetsk vilayətində aclıq başlayıb, mağazalar boşdur. Dərman tapılmır. İnsanlar nəinki içməli su, hətta texniki sudan məhrum edilib. Krandan ümumiyyətlə heç nə axmır”, - Purqin deyib.

Onun sözlərinə görə, Donetskdə elektrik təchizatında ciddi problemlər var: “Çünki 300-dən çox elektrik yarımstansiyası bombardman edilib. İnsanlar mühasirəyə alınan şəhəri tərk edə bilmirlər. Çünki humanitar dəhlizlər yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm