Moskvadan “əncir yarpağı”na cavab: “Bu həyasızlığın yuxarı həddidir”
Bizi izləyin

Dünya

Moskvadan “əncir yarpağı”na cavab: “Bu həyasızlığın yuxarı həddidir”

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Ali Radanın sədri Aleksandr Turçinovun rəsmi Moskva əleyhinə verdiyi bəyanata sərt reaksiya verib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya humanitar yardım barədə Turçinovun söylədiklərini “həyasızlığın yuxarı həddi” adlandırıb. Xatırladaq ki, Ukrayna Ali Radanın sədri Rusiyanın humanitar yardım adı altında separatçılara silah-sursat çatdırılması üçün dəhliz yaratdığını deyib.

Onun sözlərinə görə, humanitar yardım Rusiyaya məhz separatçılara tanklar, yaylım atəş sistemlərini və digər silahları çatdırmaq üçün bir vasitədir: “Budur Rusiyanın humanitar yardım formatı. Bu yardım deyil, ölüm köməyidir. Amma Rusiya öz təcavüzünü əncir yarpağı ilə örtə bilməyəcək”.

“İnanmaq istəyərdik ki, xristian mərhəmət hissi Turçinova yad deyil və o, həmyerlilərinin taleyinə laqeyd olmayacaq. Hansı ki, həmin insanların çoxu ümidsiz vəziyyətdədirlər”, - Rusiya xarici siyasət idarəsinin açıqlamasında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm