Separatçılar 13 tankla ağ bayraq qaldırdılar
Bizi izləyin

Dünya

Separatçılar 13 tankla ağ bayraq qaldırdılar

Luqanskda terrorçuların 13 tank və 30-dan çox avtomobilin ağ parçalarla hərəkəti müşahidə olunub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Pravoye delo” ictimai təşkilatının sədri Dmitri Sneqirev bildirib.

Onun sözlərinə görə, bu informasiyanı yerli sakinlər və ictimai təşkilatın üzvləri veriblər: “Saat 16:00 radələrində Luqanskdakı “Mir” kinoteatrın yanından 13 tank və 30-dan çox minik avtomobili keçib. Onların hamısının üstündə ağ parçalar var idi. Məlum oldu ki, onlar bu gün Milli Qvardiyanın daxil olduğu Luqansk kəndindən gəlirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm