Dünya
Dinləmə qalmaqalı böyüyür
Almaniya kəşfiyyatının Türkiyə hökümətini dinləməsi
ətrafında qalmaqal böyüyür.
Publika.az-ın məlumatına görə, Türkiyənin Avropa Birliyi naziri
Mövlüd Çavuşoğlu səslənən iddiaları dəhşət adlandırıb: "Dostlar
bir-birini can qulağı ilə dinləməli. Belə telequlaq ilə
dinləməməlidir".
Türkiyənin Suriya və İraq siyasəti daxil olmaqla, bütün xarici
siyasətinin şəffaf olduğunu vurğulayan gizli bir şeylərinin
olmadığını bildirib:
"Amma bir dövlətin digər dövləti, o dövlətin səlahiyyətlilərini
dinləməsi yaraşan bir şey deyil. Hələ dostluğumuza,
müttəfiqliyimizə heç yaraşmaz. Amerikanın Almaniyanı dinlədiyi
ortaya çıxanda, o zaman Almaniyanın verdiyi reaksiyanı hamımız
xatırlayırıq. Almaniya buna ciddi izahat verməlidir".
Almaniyada kəşfiyyatdan məsul olan Federal Məclisin Parlament
Nəzarət Komitəsinin sədr müavini Andre Han dinləmə iddialarını
təkzib etməyib. Onun sözlərinə görə, Türkiyə ilə NATO daxilində
müttəfiq olsalarda da Almaniya ilə rəsmi Ankara arasında bəzi
mövzularda fikir ayrılığı var: "Dediyim bu mövzularda hökümət bəzən
Almaniyanın kəşfiyyat orqanı (BND) xidmətlərindən yararlanır".
Almaniyadan Suriya və İraqa döyüşmək üçün gedənlərin Türkiyə
üzərindən getdiyini bildirən millət vəkili BND-nin onları
izlədiyini və bu varədə parlamentə məlumat verdiyini bildirib:
"Ancaq bu məlumatlarda heç bir yerdə Türkiyənin adına rast
gəlməmişəm"
Türkiyə ilə əlaqədar iddiaların ABŞ adına casusluq etdiyi
şübhəsiylə saxlanılan BND əməkdaşının sızdırdığı məlumatlara diqqət
çəkən Andre Han parlament komirtəsinin bu məsələ ilə bağlı xüsusi
iclas çağıracağını deyib: "Sənədlər bizə bu gün çatdı. Komitə
üzvləri 218 sənədi nəzərdən keçirəcək".
Müxalifəti təmsil edən deputat dinləmə qalmaqalında kansler Angela
Merkeli günahkar bilib: "Olub bitənlərin siyasi məsuliyyətini
daşıyan adam Merkeldir. Türkiyə baxımından belə bir hadisənin
yaşanması qəbul edilə bilməz. Xristian Demokrat Birlik
Partiyasından olan bəzi millət vəkillərinin Türkiyənin problemli
bir ölkə olduğuna dair qəzetlərə verdiyi açıqlamaları başa düşə
bilmirəm. Angela Merkel "dostlar arasında casusluq olmaz" demişdi.
Türkiyəyə qarşı casusluq fəaliyyəti təsdiqlənərsə, deməli Türkiyə
Almaniya üçün dost və müttəfiq ölkə olmadığı ortaya çıxacaq.
Merkelin bu qalmaqala münasibət bildirəcəyini gözləyirəm".
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB