Dünya
Mosul bəndini Bərzaninin oğlu da qoruyur
İraq ordusu və kürdlərin dünən azad etdiyi Mosul
bəndinin İŞİD-in hücumlarından müdafiəsi istiqamətində işlərə
başlanılıb.
ANS PRESS-in məlumatına görə, İŞİD-in hücumlarının qarşısını almaq
üçün əraziyə çoxlu sayda ordu qüvvələri xə xeyli sayda hərbi
texnika cəmləşdirilib. Mosul şəhəri üçün strateji əhəmiyyəti olan
su bəndinin qorunması üçün İraq əsgərləri və kürd yaraqlıları
növbəli sistemə keçiblər.
Bu arada məlum olub ki, Mosul bəndinin müdafiə olunmasında Şimali
İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin oğlu da iştirak
edir. Belə ki, Mənsur Bərzaninin tabeliyində olan xüsusi qüvvələr
ərazidə keşik çəkirlər.
Güclü təhlükəsizlik tədbirləri çərçivəsində mülki insanların bəndin
ərazisinə girişi məhdudlaşdırılıb. Bununla belə jurnalistlərin
əraziyə buraxılmasına icazə verilib.
Qeyd edək ki, Mosul bəndinin alınması üçün təşkil edilən hücum
zamanı 23 İŞİD üzvü öldürülüb, 6 nəfər isə əsir götürülüb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!