Politoloq: “ABŞ-ın siyasəti ekstremist qruplaşmaları gücləndirir”
Bizi izləyin

Dünya

Politoloq: “ABŞ-ın siyasəti ekstremist qruplaşmaları gücləndirir”

“ABŞ-ın İraq siyasəti ekstremist qruplaşmaları gücləndirir və Yaxın Şərqdə ənənəvi hökumətləri zəiflədir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “RİA-Novosti” xəbər agentliyinə açıqlamasında amerikalı politoloq, beynəlxalq hüquq mütəxəssisi Martin Siff deyib.

“Demokratiya mümkün deyil ki, kənardan insanların boynuna keçirilsin. Demokratiyanın daxil və təbii üsulla inkişafına imkan vermək lazımdır”, - M.Siff hesab edir.

Onun sözlərinə görə, hazırda “Əl-Qaidə”, İŞİD və digər ekstremist qruplaşmalar yaranmış vəziyyətdən istifadə edir. Amerikalı politoloq aviazərbələrin problemi həll etmək üçün kifayət etməyəcəyini düşünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm