Türkiyədə yeni ixtişaş dalğası: İstanbul qarışdı – Video
Bizi izləyin

Dünya

Türkiyədə yeni ixtişaş dalğası: İstanbul qarışdı – Video

Türkiyənin Diyarbəkir vilayətinin Liçe ərazisində PKK-çı Mahsun Korkmaza qoyulan heykəlin sökülməsi İstanbulu da qarışdırıb.

Axar.az xəbər verir ki, şəhərin Okmeydan, Bəyoğlu, Kadıköy və Sultanqazi bölgələrində hazırda polislə etirazçılar arasında çətin anlar yaşanır. PKK heykəlinin sökülməsinə etiraz edən bir qrup maskalı polisə hava fişəngi və Molotov kokteyli ataraq aranı qızışdırıb.

Polislər bibər qazı ilə nümayişi dağıtmaq istəsə də, hələlik bu mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm