• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyəni niyə güdürlər?

  • Dünya
  • 20 Avqust 2014 04:30
  • 609 Baxış
Türkiyəni niyə güdürlər?

"Almaniya ABŞ-ın Almaniyadakı casusluğundan şikayət edir, ancaq indi məlum olur ki, Almaniyanın özü Hillari Klinton və Con Kerrinin telefon danışıqlarına qulaq asıb".

Publika.az-ın məlumatına görə, bu haqda Spigel jurnalı yazıb.

Jurnal qeyd edib ki, ola bilsin ki, telefon danışıqları təsadüfən tutulub, ancaq Türkiyəni izləmək, güdmək bilərəkdən olub: "Almaniyanın xarici kəşfiyyat xidməti (BND) Kerridən əvvəlki ABŞ Dövlət katibi Hillari Klintonun 2012-ci ildə Suriya böhranına görə BMT-nin keçmiş baş katibi Kofi Annanla danışığını tutub, Yaxın Şərqdə İsraillə Həmas arasında vasitəçilik edəndə isə Con Kerrinin telefon danışığını izləyib.

Deməli bu, təsadüfi tutulmayıb, çünki illərdir ki, BND peykdən gedən bütün telefon danışıqlarına qulaq asır.

Spigel jurnalı öyrənib ki, BND-nin diqqət mərkəzində olan yerlərdən biri isə Türkiyədir. NATO üzvü olan Türkiyənin izlənməsi Ankara ilə Berlin arasında gərginlik mənbəyi ola bilər.

Ancaq jurnal Almaniya hökumətində adı çəkilməyən mənbəyə istinadla yazır ki, Türkiyə Almaniyanın ABŞ, Fransa və ya Britaniya kimi tərəfdaşları ilə müqayisə oluna bilməz. Bundan başqa, Türkiyədə baş verən hər şey Almaniyanın daxili təhlükəsizliyi üçün dərhal çox vacib olur.

Almaniya Türkiiyədən sonra türklərin sayının çox olduğu ölkədir. Almaniyada 3 milyon türk əsilli var. BND-nin Türkiyə ilə bağlı təhlükəsizlik marağı PKK-nın fəaliyyətindən tutmuş Almaniyadakı solçu və sağçı türk qruplarına qədər geniş spektri əhatə edir. Buna insan alveri, narkotiklər haqda məlumatlar da daxildir.

Hökumətdəki mənbə deyib ki, Türkiyə hökumətinin Almaniyadakı türk təşkilatları vasitəsilə Almaniyada siyasi məqsədlərə çatmaq cəhdləri də BND-nin maraq dairəsindədir.


Azadlıq Radiosu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR