Zərfdə maaş alanlar artır
Bizi izləyin

Dünya

Zərfdə maaş alanlar artır

"Rusiyalıların üçdəbiri kölgə iqtisadiyyatı ilə bağlıdır. Zərfdə maaş alanların, vergidən yayınanların, əmək müqaviləsi olmadan işləyənlərin iqtisadiyyatda payı artır".

Publika.az-ın məlumatına görə, bu haqda "İtar-Tass" agentliyi ekspertlərə istinadla yazıb.

Rusiyanın Milli İqtisadiyyat və İctimai İdarəçilik Prezident Akademiyası (RANEPA) nəzdindəki mərkəzin apardığı sorğuya görə keçən il rusiyalıların 11,9 faizi yalnız kölgə əmək bazarında işləyirdi. 30 milyon rusiyalı kölgə iqtisadiyyatı sxemlərindən istifadə edir.

Rusiyan baş nazirinin müavini Olqa Qolodets Rusiya iqtisadiyyatının kölgə hissəsində 20 milyon adamın işlədiyini ehtimal edir.

Rəy sorğusunda iştirak edənlərin 36 faizi deyib ki, əsas gəlirdən başqa onların daimi olmayan “boz” gəlir yerləri də var.

Zərfdə maaş almaq, hətta rəsmi yerlərdə də kifayət qədər geniş yayılıb. Zərfdə maaş alanların iqtisadiyyatda payı 2006-cı ildən bəri 4,4 faiz artıb. ”Boz” ödənişlərin payı 5,6 faiz artıb.

Kölgə xidmətlərindən istifadə edənlərin payı isə daha böyükdür. 2013-cü ilin təkcə bir ayında qeyri-rəsmi təklif olunan xidmətlərdən rusiyalıların 52 faizi istifadə edib. Orta Rusiya ailəsi qeyri-rəsmi xidmətlərə ayda 90 dollar verir.

Rəy sorğusuna görə, Rusiya cəmiyyətinin kölgə iqtisadiyyatına münasibəti tolerantdır. 10,5 faiz hesab edir ki, kölgə iqtisadiyyatı faydalıdır. 2001-ci ildə belə düşünənlər 2,1 faiz idi.


Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm