Dünya
Amerikansayağı rüşvət (VİDEO)
ABŞ-ın Virciniya ştatında korrupsiya qalmaqalı bir
müddətdir ölkədə xəbər başlıqlarından düşmür.
Publika.az-ın "Amerikanın Səsi"nə istinadən məlumatına görə,
Virciniya ştatının keçmiş qubernatoru Bob Makkdonnel və onun həyat
yoldaşı Morin zəngin iş adamından onun şirkətinə üstünlük verilməsi
müqabilində 165 min dollar dəyərində hədiyyələr almaqda ittiham
olunur.
Bir zamanlar virciniyalıların səslərini qazanmaq uğrunda mübarizə
aparan keçmiş qubernator Bob Makdonnel indi məhkəmədə adını təmizə
çıxarmağa çalışır.
Bob Makdonnell: “Mən bu iddialarla bağlı heç bir şərh verə
bilmərəm.”
Bu, Virciniyada qubernatorun rüşvət itihamları ilə qarşılaşdığı ilk
haldır.
Makdonnellər qızlarının toyu üçün 15 min dollar da daxil olamqla
biznesmen Conni Vilyamsdan bahalı hədiyyələr almaqda ittiham
edilir.
Müdafiə Morin Makdonnellin Vilyamsa rəğbəti olduğunu bildirir və
ittihamçının Makdonnellərin qubernator vəzifəsindən biznesmenin
pəhriz malları şirkətinin təbliğ edilməsində istifadə etdiklərinə
dair iddianı rədd edir.
ABŞ siyasətçilərinin məhkəmə işləri yeni bir şey deyil.
San Diyeqo şəhərinin keçmiş meri Bob Filner keçən il seksual
zəmində təzyiqə görə məhkum edilib.
Florida ştatından konqresmen Trey Radel isə kokaindən istifadə
etməkdə günhkar tanındıqdan sonra vəzifəsindən istefa verib.
Makdonnellərin işi kimi siyasi korrupsiya çox vaxt ABŞ mətbuatında
jurnalist araşdırmalarının dərc olunmasından sonra başlayır.
Siyasi elmlər professoru Qventin Kidd: “Media deyir ki, bircə
dəqiqə. Bu, qubernatorun qızının toy xərcini ödəmək üçün verlən çox
böyük bir hədiyyədir. Burada görəsən nə var? Bizdə bu kimi halları
araşdıran və onları üzə çıxaran media var. Bunun arxasınca
prokurorlar burada mümkün cinayət ola biləcəyini deyir və təhqiqat
aparmağa başlayır. Bəzən hökumət adamlarına qarşı ittihamlar irəli
sürülür, bəzi hallarda isə sürülmür.”
Professor Kidin sözlərinə görə azad və açıq xəbər mediası
korrupsiyanı cilovlamağa çalışır.
Qventin Kidd: “İnsan təbiəti olduğu kimi qaldıqca korrupsiya da
olacaq. Buna görə də azad media və siyasi prosesdən müstəqilə
ədliyyə lazımdır.”
Keçmiş qubernator həqiqətin üzə çıxmalı olduğunu deyir.
Günahkar tanınsalar Makdonnellər ömürlük həbs cəzası ilə qarşılaşa
bilər.
VOA
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO