Dünya
İran müxalifətinin lideri Mehdi Kərrubi ev dustaqlığından azad edilib
İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi 3 il Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerdə ev dustaqlığında saxlandıqdan sonra ötən gün, öz şəxsi evinə köçürülüb.
Bunu Mehdi Kərrubinin oğlu Məhəmməd Təqi Kərrubi öz şəxsi
facebook səhifəsində yazıb.Bu barədə sahamnews.org xəbər portalı
məlumat verir.
"Axır ki, 3 ildən sonra atam Təhlükəsizlik qüvvələri ilə yanaşı və
eyni təhlükəsizlik standartları ilə ev dustaqlığını davam etdirmək
üçün Tehranın Camaran bölgəsində yerləşən öz şəxsi evinə köçrülüb",
- deyə Məhəmməd Təqi Kərrubi öz facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Mehdi Kərrubinin
evinin birinci mərtəbəsində yerləşiblər.
Məlumata əsasən, "Etimade-Milli" partiyasının baş katibi Mehdi
Kərrubi açıq məhkəmədə mühakimə olunmasını tələb edir.
2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz
edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli"
partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat
yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında
saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən
"Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir
ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub.
/Trend/
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ