Donetsk və Luqanskda antiterror əməliyyatları çətinləşib
Bizi izləyin

Dünya

Donetsk və Luqanskda antiterror əməliyyatları çətinləşib

Donetsk, Luqansk İlovaysk, Yasinovataya və Saur-Moquli şəhərlərində ağır döyüşlər gedir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “facebook” səhifəsində Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk yazıb.

Onun sözlərinə görə, terrorçuların ağır silahlardan istifadə etməsi Donetsk və Luqanskda antiterror əməliyyatları çətinləşdirir.

Digər bir məlumatda bildirilir ki, “Donbas” könüllülər batalyonu şiddətli döyüşlər zamanı itki verərək İlovaysk şəhəri yaxınlığındakı döyüş mövqelərindən geri çəkilməyə məcbur olub. Batalyonun 4 əsgərinin həlak olduğu deyilir. “Şaxtyorsk” batalyonunun İlovaysk yaxınlığında terrorçularla döyüşü davam etdiyi xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm