PKK-çılar əsgərlərə atəş açdı – 1 şəhid, 1 yaralı
Bizi izləyin

Dünya

PKK-çılar əsgərlərə atəş açdı – 1 şəhid, 1 yaralı

Vanda türk ordusuna tələ quran PKK terrorçularının hücumu nəticəsində 1 leytenant şəhid olub, 1 zabit də yaralanıb.

Publika.az xəbər verir ki, Türkiyə-İran sərhədində bir qrupun qaçaqmalçılıq etdiyi barədə kəşfiyyat məlumatı daxil olduqdan sonra Yamanyurd sərhəd mühafizə xidmətinin əsgərləri bölgəyə gedib. Həmin vaxtı yola onlara tələ quran PKK terrorçuları əsgərlərə avtomatlardan atəş açıblar. İlk atəşdə bir leytenant şəhid olub, bir zabit də yaralanıb.

Əsgərlər qarşılıq verdikdən sonra terrorçular qaranlıqdan faydalanaraq qaçmağı bacarıblar. Bölgədə genişmiqyaslı əməliyyat başladılıb. Yaralı zabit isə Van Hərbi Xəstəxanasına aparılıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm