ABŞ-ın yeni “Bin Laden”i – Əbu Bəkr Bağdadi – ANALİZ
Bizi izləyin

Dünya

ABŞ-ın yeni “Bin Laden”i – Əbu Bəkr Bağdadi – ANALİZ

Abdulla Öcalan 1999-cu ildə həbs edildiyi zaman nə dediyi yadınızdadır? PKK lideri söyləmişdi ki, bütün terror qruplaşmalarının arxasında böyük dövlətlər dayanır.

Bu sözlərdə həqiqət var. İstənilən terror qruplaşmalarının böyük dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəsi var. Sadəcə, bunu aşkara çıxarmaq çox çətindir. Əksər hallarda mümkünsüzdür.

Lampadan buraxılmış cin

Soyuq müharibə qurtardıqdan sonra ABŞ daim yeni düşmən axtarırdı. Əvvəlcə İraq, İran, sonra isə başda Üsamə Bin Laden olmaqla Əl-Qaidə xortladı. 2001-ci il 11 sentyabrdan sonra Bin Laden bir nömrəli terrorçu elan edildi.

Əl-Qaidəni məhv etmək bəhanəsi ilə ABŞ neçə ölkəyə soxuldu?

Demək, Bin Laden ABŞ-a lazım idi. Elə xarici mətbuatda da dəfələrlə bir nömrəli terrorçunun Amerikanın xüsusi xidmət orqanları ilə əlaqəsi haqda məqalələr dərc olunurdu. Maraqlıdır ki, Üsamənin böyük qardaşı Səlim Bin Ladenin əsas kapital yatırımları ABŞ-da idi. Bilirsiniz harda? İnanmayacaqsınız, ABŞ Müdafiə Sənayesi Kompleksində.

Bir nömrəli terrorçunun ailəsi onu düşmən elan etmiş ölkənin müdafiə sənayesinə yatırım qoyurdu.

Vaxtı gələndə ABŞ öz buraxdığı “cini” yerinə qaytardı. Artıq ona ehtiyac yox idi. Bin Laden şousu bitdi. Liderləri məhv edilən kimi Əl-Qaidə də zəiflədi. İndi heç səsi-sorağı da gəlmir.

İsraili müdafiə edən İŞİD

Əvəzində, bu il cəmi 3-4 ay ərzində yeni “cin” yaradıldı – İŞİD.

Hazırda bütün Qərb bu adı pıçıldaya-pıçıldaya yuxuya gedir, səhəri də yenidən oyanır. Artıq İŞİD Yaxın Şərqdə bütün hərbi balansı dəyişir. Onun lideri Əbu Bəkr Bağdadi isə Bin Ladeni siyasi səhnədə əvəzləyən yeni aktyordur.

ABŞ-dan Rusiyaya qaçmış kəşfiyyatçı Edvard Snoudenin bir neçə gün əvvəl dedikləri gündəmə bomba kimi düşdü. Snouden dedi ki, İŞİD-in arxasında İsrail, ABŞ və Britaniya durub. İŞİD-in əsl məqsədi İsraili qorumaqdır.

Yəni İŞİD xaos yaradır və regionda İsrailə qarşı olan düşmən dövlətlər və qruplaşmalar müharibəyə cəlb edilir. Bu qədər bəsit. Həm də bu üsulla ABŞ bütün dünya terrorçularını elə bir yerə yığır.

Bəzi mənbələr iddia edir ki, Bağdadi Mossad düşərgələrində hərbi təlim keçib, natiqlik məharətinə yiyələnib. Bundan başqa, onun Con Makkeynlə olan fotosu da şübhələri artırır. Fikir verin, müsəlmanların başını qoparıb sosial şəbəkələrdə yayan, Suriya, İraq ərazisində vəhşiliklər törədən İŞİD İsrail tərəfə heç baxmır. Qəribə deyilmi?

İdarə olunan xaos

Snoudenin dediklərindən sonra ABŞ hərəkətə keçdi. Həm də İŞİD-in İraqda kürd əhalini soyqırıma uğratması da öz sözünü dedi. Dünya ABŞ-dan cavab tədbirləri gözləyir. Hələlik ABŞ təyyarələri İŞİD-in bir neçə mövqeyini bombalayıb. Ola bilsin ki, Bağdadi də hansısa “qırmızı xətti” keçib. Mərkəzi Kəşfiyyat İdarəsində Bağdadini ələ keçirmək üçün 100 nəfərlik dəstə yaradılıb. Yeni “Bin Laden” zərərsizləşdirilicəkmi, yoxsa bu imitasiyadır, hələ ki bu da bilinmir. Zaman göstərəcək.

Bilinən yalnız odur ki, ABŞ hər zaman “idarə olunan xaos” taktikasından maksimum yararlanır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm