Fransa polisi cihadçı qızları saxladı
Bizi izləyin

Dünya

Fransa polisi cihadçı qızları saxladı

Fransa polisi Suriyada cihada hazırlanan iki qızı saxlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, qızların 15 və 17 yaşı var.

Onlardan biri Lion şəhərinin ətrafında, digəri isə Tarb şəhərində saxlanılıb. Qızlar sosial şəbəkələrdə tanış olub və heç vaxt bir-biri ilə görüşməyiblər.

Xatırladaq ki, 2014-cü ilin yazında Fransa xarici işlər naziri Bernar Kaznev Suriyada vuruşan fransızlarla bağlı hesabat açıqlayıb. Hesabata görə, Fransadan 285 nəfər bu ölkəyə döyüşmək üçün gedib. Daha 120 nəfərin isə cihada “namizəd” olduğu, yəni Suriyaya getməyə hazırlaşdığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm