İran məktəblərində güclü qarın yağması nəticəsində dərslər təxirə salınıb
Bizi izləyin

Dünya

İran məktəblərində güclü qarın yağması nəticəsində dərslər təxirə salınıb

Güclü qarın yağması İranın Ərdəbil, Mərkəzi, Xorasan-e Şimali, Xorasan-e Rəzəvi, Həmədan, Qum və Mazandaran əyalətlərində dərslərin təxirə salınmasına səbəb olub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Məlumata əsasən, Ərdəbil əyalətində -14 dərəcə şaxta var və Ərdəbil, Səreyn, Xalxal, Germi, Biləsuvar, Parsabad şəhərlərində uşaq bağçaları, məktəblər və peşə məktəbləri (İranda cümə günü istirahət günüdür) müvəqqəti bağlıdır.

Hava şəraitinin həmin əyalətlərdə həftənin sonunadək dəyişilməyəcəyi ehtimal olunur. Məktəblərdə dərslərin daha bir neçə gün təxirə salmaq nəzərdə tutulur.

Sürüşkən yollar və pis görünmə dərəcəsi Kürdistan, Mazandaran, Xorasan-e Rəzəvi, Xorasan-e Cənubi əyalətlərində avtomaqistralların bağlanmasına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm