• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türkiyədə xüsusi əməliyyat: iki azərbaycanlı kapitan niyə həbs olundu - FOTOLAR

  • Dünya
  • 20 Avqust 2014 15:43
  • 478 Baxış
Türkiyədə xüsusi əməliyyat: iki azərbaycanlı kapitan niyə həbs olundu - FOTOLAR

Türkiyədə dənizdə və quruda eyni vaxtda həyata keçirilən xüsusi əməliyyat zamanı yüzə yaxın miqrantı qeyri-leqal yollarla Yunanıstanın Rodos adasına keçirmək istəyən iki Azərbaycan vətəndaşı yaxalanıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün həyata keçirilən əməliyyat zamanı həmin şəxslər “Vagabund” adlı 10 metrlik motorlu qayığın kapitanlarıdır.

Xəbərə görə, əməliyyatı Türkiyənin sahil mühafizə qüvvələri və jandarması həyata keçirib. Daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyatda cəmi 155 miqrant saxlanılıb.

Sahil mühafizə qüvvələri “Vagabund” adlı alman bayraqlı motorlu qayıqda Yunanıstanın Rodos adasına qeyri-leqal yollarla miqrant aparılacağına dair məlumatı aldıqdan sonra qayığı təqib etməyə başlayıblar.

Qayığa Muğlanın Çığlıq yarımadası sahillərində “dayan” əmri verilib. Qayıqda aparılan yoxlama zamanı 5-i qadın, 3-ü azyaşlı uşaq olmaqla cəmi 56 nəfər olduğu müəyyən edilib. Onların Birma, İran, Suriya, Əfqanıstan vətəndaşları olduqları təsbit edilib.

Həmçinin məlum olub ki, qayığı iki azərbaycanlı kapitan idarə edir. Onların miqrantları Yunanıstanın Rodos adası üzərindən İtaliyaya keçirməyi planlaşdırdıqları müəyyən olunub.

Qayıqdakı miqrantlar ifadələri alınmaq üçün Muğla jandarma komandanlığına aparılıb. Azərbaycan vətəndaşı olan kapitanlar isə həbs olunub.

Əməliyyatın ikinci hissəsi isə Muğlanın Fatihiyyə qəsəbəsinin Günlüklü yarımadası səmtində keçirilib. Məlumata görə, Günlüklüdə dənizə yaxın meşəlik sahədə 99 miqrant qayıq gözləyərkən aşkar edilib. Onların 79-nun Suriya, 14-nün Birma, 5-nin Əfqanıstan, 1-nin isə Azərbaycan vətəndaşı olduğu bildirilir.

Miqrantlar ifadələrində bildiriblər ki, onları Günlüklü yarımadasına gətirənlər bura Rodos adası olduğunu deyərək aradan çıxıblar. Miqrantlar aparıldıqları yerin Rodos adası olmadığını ancaq jandarmadan öyrəniblər.

Hazırda miqrantların qeyri-leqal yollarla Yunanıstana daşınmasını təşkil edənlər axtarılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR