ABŞ səfiri: “Münaqişənin hərbi həlli mümkün deyil”
Bizi izləyin

Dünya

ABŞ səfiri: “Münaqişənin hərbi həlli mümkün deyil”

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ münaqişəsi tərəflərini zorakılıqdan çəkinməyə çağırıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, səfir münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirib.

“Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin də söylədiyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq dondurulmuş münaqişə deyil. Biz İrəvan və Bakını gərginliyin azaldılması üçün lazımi addımlar atmağa çağırırıq. Təhdidlər və sərt ritorika işə kömək etmir. Bu münaqişənin hərbi həlli mümkün deyil. Tərəfləri ciddi danışıqlara başlamağa çağırırıq”, - ABŞ səfiri deyib.

C.Heffernin sözlərinə görə, zorakılıq münaqişənin sülh yolu ilə həllini çətinləşdirəcək.

“Həlak olanların ruhuna ən yaxşı hörmət etmək üsulu toqquşmaları dayandırmaqdır”, - səfir bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm