İŞİD-çilər bir-birini öldürür – 17 ölü
Bizi izləyin

Dünya

İŞİD-çilər bir-birini öldürür – 17 ölü

Terror təşkilatının iki üzvü digər yaraqlılarla aralarında yaranan mübahisə zamanı kamikadze hücumu baş verib.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, İraqın Ənbar vilayətinin fövqəladə meri Abdulhakim Əl-Cuğeyfi Bərvanə nahiyəsində İraq ordusu tərəfindən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının mühasirəyə alındığını deyib. Mer həmçinin mühasirədə qalan yaraqlıların psixoloji təzyiq gördüklərini və aralarında fikir ayrılığı olduğunu, məhz bundan sonra yaraqlılardan ikisinin aralarında baş verən mübahisə zamanı üzərlərindəki bombanı partlatdıqlarını deyib. 17 nəfər həlak olub.

Xatırladaq ki, ölkənin cürbəcür yerlərində İŞİD ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verir. Həmçinin İraq ordusu ABŞ və İngiltərənin dəstəyi ilə yaraqlıların nəzarətində olan bölgələrə hava hücumları edir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm