Donetskdə qanlı döyüşlər - 34 ölü, 29 yaralı
Bizi izləyin

Dünya

Donetskdə qanlı döyüşlər - 34 ölü, 29 yaralı

Son sutka ərzində Donetsk ərazisində gedən döyüşlərdə 34 dinc sakinin öldüyü, 29 nəfərin yaralandığı bildirilir.

Publika.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə açıqlama Donetsk Dövlət Administrasiyasının saytında yerləşdirilib.

Ukraynanın şərqində gedən döyüşlər başlayandan ümumilikdə 1748 nəfərin yaralandığı, 951 nəfərin öldüyü qeyd olunub.

Bundan başqa, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının açıqlamasına görə, son 24 saat ərzində separatçılara qarşı gedən döyüşlərdə 9 hərbçi ölüb, 22 yaralı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm