Türkiyədə Atatürk büstlərinə hücumlar təşkil edilib
Bizi izləyin

Dünya

Türkiyədə Atatürk büstlərinə hücumlar təşkil edilib

PKK-nın ilk silahlı hücumunu təşkil edən və bir əsgəri öldürən Mahsum Korkmaza qoyulan heykəlin sökülməsinə etiraz olaraq, Türkiyənin cənubi-şərqindəki bəzi şəhərlərdə Atatürk büstlerine hücumlar təşkil edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, polis Hakkaridə hücumun qarşısını almaq üçün Atatürk büstünün ətrafında zirehli texnika ilə təhlükəsizlik dəhlizi yaradıb.

Bundan başqa Diyarbəkr və Tuncelidə də etirazlar başlayıb və eyni hallar yaşanıb. PKK tərəfdarları Hakkari şəhərinin mərkəzindəki müxtəlif məhəllələrdə barrikada qurub. Yoldan keçən avtomobilləri dayandıraraq yoxlamalar aparan üzü maskalılar polislərə daş və “molotof kokteyli” ilə hücum edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm