İraqdakı xaosun səbəbləri
Bizi izləyin

Dünya

İraqdakı xaosun səbəbləri

"ABŞ prezidenti Barak Obama bu yaxınlarda İraqdakı böhranın səbəbinin iqtisadiyyat olduğunu deyəndə bu, çoxları üçün gözlənilməz arqument oldu".

Publika.az-ın məlumatına görə, bu haqda "New York Times" qəzeti yazıb.

Obamanın fikrincə, İraq sünniləri dünya iqtisadiyyatından aralı düşüb və buna görə onların ümidləri doğrulmadı.

Qəzet yazır ki, İraqdakı xaosun səbəbləri çoxdur. Bununla belə, Obama ciddi səbəbə toxunub. Təkcə İraq sünniləri yox, bütün Yaxın Şərq dünya iqtisadiyyatından uzaq düşüb. Regionun qlobal idxalda payı cəmi 4 faizdir.

Bu, 1983-cü ildəkindən azdır. Yaxın Şərq qabağa getmək əvəzinə geri gedir.

Təkcə Almaniyanın qlobal idxalda payı 6,4 faizdir. 1965-ci ildə Misirdə adambaşına düşən daxili məhsul 406 dollar idi, Çində - 110 dollar. İndi Misirdə bu göstərici 1566 dollardır, Çində 3583.

1965-ci ildə adambaşına düşən daxili məhsula görə Cənubi Koreya Misirlə təxminən eyni səviyyədə idi. İndi Cənubi Koreyada bu göstərici 24000 dollardır. İranda isə cəmi - 3000 dollar.

Yaxın Şərq ölkələri təkcə dünya iqtisadiyyatından yox, bir-birlərindən də uzaq düşüblər.

Müqayisə üçün, Avropanın işlətdiyi mal və məhsulların 3-də 2-si elə Avropanın özündən gəlir. Yaxın Şərqdə alınan mal və məhsulların cəmi 16 faizi regionun özündəndir.

Yaxın Şərqdə siyasi problemlər iqtisadi amilə çevrilib. Qəzzada sorğuya görə çoxları İsraillə sakitlik istəyir ki, İsraildə iş tapa bilsin.

İranda sorğuda “ən vacib siyasi prioritet” sualına çoxları “İş imkanlarının genişlənməsi” cavabını verib.


Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm