ABŞ-da türk jurnalisti ölümlə hədələdilər
Bizi izləyin

Dünya

ABŞ-da türk jurnalisti ölümlə hədələdilər

ABŞ-ın Missuri ştatının Ferquson şəhərində zənci bir gəncin polis tərəfindən öldürülməsi ilə başlayan ixtişaşlar zamanı hadisəni izləyən Bilgin Şaşmaz adlı türk jurnalist polis tərəfindən ölümlə təhdid edilərək döyülüb.

Axar.az xəbər verir ki, döyülən jurnalist heç bir səbəb olmadan bir neçə polisin nəzarəti altında polis bölməsinə aparılıb.

Xatırladaq ki, ABŞ-da baş verən son qarşıdurmalarda yaşanan bu hadisə ilk deyil. Ötən gün 6 jurnalistin saxlandığı və sonra isə sərbəst buraxıldığı bildirilib. Məhz bu səbəblərdən ATƏT ABŞ-dan mətbuat azadlığına hörmət etməyi, jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını tələb etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm