“Ukrayna genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır”
Bizi izləyin

Dünya

“Ukrayna genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır”

Ukrayna Milli Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko Ukrayna Silahlı Qüvvələrinin irəliləməyə davam etdiyini, Donetsk bölgəsində irimiqyaslı hərbi əməliyyatlar üçün hazırlıq görüldüyünü bildirib.

Axar.az xəbər verir ki, Lısenko Donetsk bölgəsinin 10 şəhərində qızğın döyüşlərin getdiyini son qarşıdurmalar nəticəsində 9 hərbçinin həlak olduğunu bildirib: “Dünənki qarşıdurmalarda 22 əsgərimiz yaralanıb, 9- nəfər isə həlak olub. Qarşı tərəfin itkiləri bizdən də çoxdur”.

Lısenkonun sözlərinə görə, separatçılar Donetskin Makeyevka və Olenivka şəhərlərində və onun ətrafında mülki insanlara da atəş açıb: “18 mülki vətəndaş öldürülüb. Olenivka şəhərində mülki insanlara qrad tipli raketlərdən atəş açılıb. Çoxlu sayda dağıntılar var. Separatçılar şəhərin elektrik verilişini tamalilə dağıdıb. Buna görə də elektrik enerjisi olmadığına görə, bir mədən su altında qalıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm