Rusiyada “Makdonalds”a qarşı “müharibə”
Bizi izləyin

Dünya

Rusiyada “Makdonalds”a qarşı “müharibə”

Rusiya İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) paytaxt Moskvadakı 111 “Makdonalds” restoranında yoxlamalar aparacaq.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Rospotrebnadzor”dan bildirilib. Məlumata görə, sanitar qaydalarını pozduğu üçün artıq 4 “Makdonalds” restoranının fəaliyyəti dayandırılıb. Dörd restoranda antisanitariya faktları qeydə alındığından paytaxtdakı bütün digər “Makdonalds” restoranlarında yoxlamaların aparılması qərar alınıb.

Ümumilikdə, Rusiya ərazisində 435 “Makdonalds” restoranı fəaliyyət göstərir. Onlardan 115 Moskva şəhərindədir. Bu restoranlarda 12 min nəfər çalışır.

Qərb isə“Makdonalds” restoranlar şəbəkəsində aparılan yoxlamaları Ukrayna böhranına görə Qərb və Rusiya arasında yaranan gərginliklə izah edir. “Makdonalds”ın itkilərinin isə Rusiyada 20 milyard rubl ola biləcəyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm