Separatçılar daha bir “Su-25” qırıcısını vurdu
Bizi izləyin

Dünya

Separatçılar daha bir “Su-25” qırıcısını vurdu

Ukrayna Silahlı Qüvvələrinə məxsus daha bir “Su-25” qırıcısı terrorçular tərəfindən vurulub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko “112” telekanalının canlı efirində deyib. Hadisə Luqansk şəhəri yaxınlığında baş verib. “Döyüş tapşırığının icrası zamanı “Su-25” qırıcısı vurulub. Pilotun taleyi hələlik naməlumdur. Ümid edirəm ki, onda hər şey qaydasındadır”, - Lısenko qeyd edib.

Qeyd edək ki, avqust ayının əvvəlində də Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus daha bir “Su-25” qırıcısı separatçılar tərəfindən vurulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm